İqtisadiyyat
İqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"
"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır". Oxu.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi İqor Qarafuliç təşkilatın Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) Azərbaycanın dayanıqlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün unikal imkan yaradacaq: "Eyni zamanda, bu tədbir beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsinə töhfə verəcək. Bu çərçivədə biz milli tərəfdaşlarla sıx əməkdaşlıq edirik ki, forumun nəticələri əməkdaşlıq çərçivəsinin prioritetləri ilə uyğunlaşsın və uzunmüddətli inkişafa təsir göstərsin. Heç bir şübhəm yoxdur ki, bu tədbir uğurla baş tutacaq".
Mənbə
oxu.az