Kriminal
Sumqayıtda yük maşını reklam lövhəsinə çırpıldı - Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Volvo" markalı yük avtomobilinin idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Mahmud Sultan oğlu Sultanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər