Kriminal
Qazaxda qəza: 74 yaşlı kişi öldü
Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Qazax şəhəri, Səməd Vurğun küçəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov BMW markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub. Nəticədə F.İsmayılov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər