Şou biznes

CNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandı

10 Apr 2026, 01:12 1 baxış
CNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandı
ABŞ-nin CNN telekanalı Maykl Cey Foks haqqında səhvən onun xatirəsinə həsr olunmuş video yayımlayıb. Oxu.Az xəbər verir ki, bu barədə championat.ru məlumat yayıb. Video "Gələcəyə dönüş" trilogiyasının ulduzunun həyatına həsr olunub. Hadisəyə aktyor özü də reaksiya verərək hələ sağ olduğunu bildirib və vəziyyətə zarafatla yanaşıb. Bundan sonra CNN səhvə yol verdiyini etiraf edib, materialı bütün platformalardan silib, aktyordan və ailəsindən üzr istəyib. Qeyd edək ki, Maykl Cey Foksa 1998-ci ildə Parkinson xəstəliyi diaqnozu qoyulub. Buna görə o, son illərdə ekranlarda az görünür və 2020-ci ildə aktyorluq karyerasını başa vurduğunu açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər