Şou biznes
Məhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?
Fahişəlik məqsədilə insan daşımaqda təqsirli bilinərək dörd ildən artıq azadlıqdan məhrum edilən ABŞ-li reper P.Diddinin (əsl adı Şon Kombs) hüquq müdafiəçiləri cümə axşamı Nyu-York və digər ştatların işlərini icra edən İkinci ABŞ Dairə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər. Oxu.Az xəbər verir ki, bu ibarədə ABC telekanalı məlumat yayımlayıb. Məlumata əsasən, musiqiçinin vəkilləri andlılar məhkəməsinin bir sıra ciddi ittihamlar üzrə bəraət qərarı verdiyini xatırladaraq, təyin olunan cəzanın həddindən artıq ağır olduğunu düşünürlər. Müdafiə tərəfi qadınların fahişəlik məqsədilə daşınması ittihamını şənliklərdə "adi həvəskar pornoqrafiya istehsalı" kimi izah etməyə çalışır. Məhkəmə prosesində P.Diddinin özünün də ifadə verəcəyi ehtimal olunur. 2025-ci ilin oktyabrında Nyu-York məhkəməsi sənətçini fahişəlik məqsədilə insan alverində günahkar bilərək ona dörd ildən çox həbs cəzası kəsmişdi. Prokurorlar 11 ildən artıq, musiqiçinin vəkilləri isə 14 aylıq azadlıqdan məhrumetmə cəzası tələb edirdilər. Həmin ilin iyulunda isə andlılar məhkəməsi reperi ömürlük həbslə nəticələnə biləcək daha ağır ittihamlar - şantaj və insan alveri üzrə təqsirsiz bilmişdi.
Mənbə
oxu.az