Kriminal

Cəlilabadda 58 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı

09 Apr 2026, 15:32 1 baxış
Cəlilabadda 58 yaşlı kişi qohumu tərəfindən bıçaqlandı
Cəlilabad rayonunda 58 yaşlı kişi bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 8-də rayon mərkəzinin Məhəmməd Hadi küçəsində baş verib. Rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya hospitalizasiya olunub. Araşdırmalarla məlum olub ki, Q.Qasımov qohumu 1994-cü il təvəllüdlü Fərid Qasımovla mübahisə edib. Mübahisə nəticəsində F.Qasımov bıçaqla Q,Qasımovu ayaq nahiyəsindən bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən F.Qasımov saxlanılıb. İlkin ehtimala görə, hadisə söyüşə görə baş verib. Qurban Qasımov Fərid Qasımovun atasının əmisi nəvəsidir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər