Kriminal
Məşhur aktyor vəfat etdi
Məşhur aktyor Mario Adorf 95 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Aktyor qısa sürən xəstəlikdən sonra Parisdəki mənzilində vəfat edib.
Onun ölümünü meneceri və "Reinholz" kino agentliyinin nümayəndələri təsdiqləyib.
Qeyd edək ki, Mario Adorf 1930-cu il sentyabrın 8-də İsveçrədə anadan olub. O, kino karyerasına 1954-cü ildə başlayıb. Aktyor "Tənəkə təbil" (1979), "Balaca lord" (1996), "İnsan ovu" (1972), "Pinokkio" (2013) və s. kimi fimlərdə çəkilib.
Mənbə
axar.az
Oxşar Xəbərlər