Şou biznes

Türkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldı

09 Apr 2026, 14:36 1 baxış
Türkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldı
Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ensonhaber" nəşri məlumat verib. Məlumata görə, buna səbəb müğənninin "YouTube" videosunda təbliğatını apardığı bir çay növünün tərkibində qadağan olunmuş maddənin aşkarlanması olub. Bildirilir ki, Yusuf Güney videosunda "Ayahuska" çayını həvəsləndirici şəkildə təbliğ etdikdən sonra bununla bağlı araşdırma aparılıb və çayın tərkibində DMT maddəsi (Dimetiltriptamin - bitkilərdə, heyvanlarda və insan beynində təbii olaraq tapılan, güclü halüsinogen təsirə malik psixodelik maddədir) müəyyən edilib. DMT isə Narkotik Maddələrə Nəzarət haqqında 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddə hesab edilir. Bu araşdırmadan sonra Yusuf Güney hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər