Şou biznes

99-cu və 100-cü "Oskar" mərasimlərinin keçiriləcəyi tarixlər elan olunub

09 Apr 2026, 02:48 1 baxış
99-cu və 100-cü "Oskar" mərasimlərinin keçiriləcəyi tarixlər elan olunub
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatının 99-cu və 100-cü təqdimat mərasimlərinin keçiriləcəyi tarixləri bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Məlumata görə, 99-cu mükafatlandırma tədbirinin 2027-ci il martın 14-də, 100-cü yubiley mərasiminin isə 2028-ci il martın 5-də keçirilməsi planlaşdırılır. 2027-ci il üçün namizədlərin adları yanvarın 21-də açıqlanacaq. Yubiley tədbirinin dəqiq qrafiki isə hələlik tam məlum deyil. Hər iki mərasimi dünyanın 200-dən çox ölkəsində izləmək mümkün olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər