Siyasət
Ukraynalı nazir Ceyhun Bayramova zəng etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə A.Sibiqa X hesabında yazıb.
Sibiqanın təşəbbüsü ilə baş tutan telefon danışığında ikitərəfli münasibətlər, əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Bundan əlavə, ukraynalı nazir qeyd edib ki, təhlükəsizlik məsələləri, konektivlik, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Mənbə
axar.az
Oxşar Xəbərlər