İqtisadiyyat
İki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcək
"Astara" və "Biləsuvar" dövlət sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi, həmçinin binalarda cari və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur işlərinin həyata keçirilməsinə başlanılıb. Dövlət Gömrük Komitəsi sözügedən işlərin reallaşdırılmasına 16 milyon 972 min 808 manat xərcləməyi proqnozlaşdırıb.
Mənbə
oxu.az