Şou biznes
Osbornların Los-Ancelesdəki tarixi malikanəsi fantastik qiymətə satışa çıxarıldı
Ötən il vəfat edən məşhur ingiltərəli musiqiçi Ozzi Osbornun həyat yoldaşı Şeron Osborn Los-Ancelesdəki (ABŞ) malikanəsini 17 milyon dollara satışa çıxarıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Məlumata görə, Osbornlar sözügedən mülkü 2015-ci ildə 11.85 milyon dollara alıblar. 2022-ci ilin iyul ayında cütlük villanı 18 milyon dollara satmaq istəsə də, sonradan qiyməti 17.5 milyon dollara qədər endirib. Lakin bir müddət sonra elan satışdan çıxarılıb. Satışa çıxarılan ev 1920-ci illərdə inşa edilib və Los-Ancelesin mərkəzinə yaxın ərazidə yerləşir. Mülkün ümumi sahəsi təxminən 948 kvadratmetrdir. Qeyd olunur ki, Osbornlar 2007-ci ilə qədər Beverli-Hillzdə də digər bir malikanəyə sahib olublar. Məşhur "Osborn ailəsi" realiti-şousunun çəkilişləri məhz həmin evdə keçirilib.
Mənbə
oxu.az