Siyasət

Müharibədə udan və uduzanlar kimlərdir? - İran döyüş istəyir, ABŞ vaxt qoyur, Qətər isə... - VİDEO

08 Apr 2026, 00:12 1 baxış
Müharibədə udan və uduzanlar kimlərdir? - İran döyüş istəyir, ABŞ vaxt qoyur, Qətər isə... - VİDEO
Tehran və Vaşinqton arasında vasitəçilik edən Pakistanın təklifləri İran tərəfindən rədd edildikdən sonra Qətər diplomatiya sahəsindəki bacarıqlarını işə salır. Doha yenidən ABŞ ilə danışıqlarda əsas vasitəçiyə çevrilir. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Fransanın kəşfiyyat xidmətləri ilə əlaqəli olan "Intelligence Online"a görə, Qətər daha neytral və danışıqları təşkil etməkdə təcrübəli tərəfdaş kimi qəbul edilir. Bu gərgin vəziyyət fonunda ABŞ Prezidenti danışıqlar masasına əyləşəcək tərəfə oxşamır. Donald Tramp müharibəni davam etdirməkdə israrlıdır.
Yeri gəlmişkən, İranın xarici işlər naziri Abbas Əraqçı qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefonla danışıb. İran qəti şəkildə bəyan edib ki, Qətərlə dostluq əlaqələrini qorumağa çalışırıq, lakin İrana zərbələr üçün ABŞ və İsrailin bu ölkələrdəki bazalardan istifadə etməsi Tehranın da Qətərə hücum etməsinə səbəb olub. Etimadların dron, raket və bomba altında olduğu belə bir məqamda Qətərin danışıqlarda vasitəçilik səylərinin nəticə verəcəyi nə dərəcədə realdır?
Mənbə oxu.az

Oxşar Xəbərlər