Digər
Müharibə idarəolunmaz vəziyyətə çatıb - Dohadan xəbərdarlıq
Qətər Yaxın Şərqdə davam edən müharibə fonunda regionun “idarəolunmaz vəziyyətə” yaxınlaşdığı barədə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi brifinqdə bildirib.
“Eskalasiyanın qarşısı alınmasa, vəziyyət nəzarətdən çıxa bilər. Tərəflər müharibəni dayandırmaq üçün təcili həll yolu tapmalıdırlar”, - o deyib.
Ənsari qeyd edib ki, münaqişənin davam etməsi halında qalib tərəf olmayacaq.
Mənbə
axar.az