Digər

İsrail İranda 8 körpüyə zərbə endirdi

07 Apr 2026, 19:07 1 baxış
İsrail İranda 8 körpüyə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri İranda ölkənin silahlı qüvvələri tərəfindən silah və hərbi texnikanın daşınması üçün istifadə edilən səkkiz körpüyə havadan hücumlar həyata keçirib.


Axar.az xəbər verir ki, hücumlar Tehran, Kərəc, Təbriz, Kaşan və Qum şəhərlərində baş tutub.


"Hücumdan əvvəl mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən dəqiq idarə olunan sursatlardan və hava fotoqrafiyasından istifadə edilib", - deyə bildirilib.


Qeyd edək ki, bundan öncə Zəncanda strateji əhəmiyyət daşıyan dəmir yolu körpüsünə zərbə endirilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər