İqtisadiyyat

Mərkəzi Bankdan "Rabitəbank"la bağlı İLGİNC QƏRAR - İcrası məcburi sərəncam verildi

07 Apr 2026, 18:14 1 baxış
Mərkəzi Bankdan "Rabitəbank"la bağlı İLGİNC QƏRAR - İcrası məcburi sərəncam verildi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam təqdim edib. Oxu.Az xəbər verir, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, buna səbəb "Rabitəbank" ASC tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulmasıdır. Qeyd olunub ki, faktla bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə 47-ci maddənin tələbləri rəhbər tutularaq, "Rabitəbank" ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib. "Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır", - deyə məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər