Siyasət
İran ABŞ-nin təklifini rədd etdi və qəti tələblər qoydu - Müharibə daha da alovlanacaq?
İran ABŞ-nin 45 günlük atəşkəs təklifi ilə bağlı mövqeyini Pakistan vasitəsilə qarşı tərəfə göndərib. Tehran müvəqqəti atəşkəsi rədd edir və müharibəyə daimi son qoyulmasını istəyir. İslam Respublikası bununla bağlı bir sıra şərtlər irəli sürüb. Yaxın Şərqdə gərginlik fonunda Tehranın Vaşinqtonun atəşkəs təşəbbüsünü rədd etməsi və əvəzində daha genişmiqyaslı şərtlər irəli sürməsi regionda yeni mərhələnin başlaya biləcəyini göstərir. Tehran yalnız müvəqqəti fasilə deyil, münaqişələrin köklü şəkildə həllini tələb edir və bunun üçün həm hərbi, həm siyasi, həm də iqtisadi komponentləri əhatə edən paket ortaya qoyur. Təklifdə Yaxın Şərqin bütün cəbhələrində, o cümlədən Livan və Qəzzada müharibənin zəmanətlərlə birlikdə tam dayandırılması, Amerika Birləşmiş Ştatlarına məxsus bazaların Fars körfəzindən çıxarılması, Hörmüz boğazı üzərində İranın nəzarətini tanıyan yeni tranzit protokolunun tətbiqi və gəmilərdən rüsum toplamaq hüququnun verilməsi əksini tapır. Habelə, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların tam ləğvi, nüvə - İranın NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) və BMT nizamnaməsinə əsasən dinc məqsədli uran zənginləşdirmə hüququnun tanınması, müharibə nəticəsində dəymiş iqtisadi zərərə görə ABŞ tərəfindən təzminat ödənilməsi tələb edilir. İranın şərtlərinə diqqət yetirdikdə, onların əhəmiyyətli hissəsinin Vaşinqtonun uzun illərdir qəbul etmədiyi və ya strateji maraqlarına zidd saydığı məsələlərdən ibarət olduğunu görürük. Xüsusilə ABŞ bazalarının Fars körfəzindən çıxarılması tələbi regiondakı qüvvələr balansını ciddi şəkildə dəyişə bilər. ABŞ üçün bu bazalar yalnız İranla bağlı deyil, həm də ümumilikdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının əsas elementidir.
Digər kritik məqam Hörmüz boğazı ilə bağlıdır. Dünyanın enerji ticarətinin böyük hissəsinin keçdiyi bu strateji nöqtə üzərində İranın nəzarətinin tanınması və rüsum tətbiq etməsi qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər. Bu isə yalnız ABŞ üçün deyil, Avropa və Asiya ölkələri üçün də həssas məsələdir. İranın sanksiyaların tam ləğvi və nüvə proqramı ilə bağlı tələbləri də Vaşinqtonun mövqeyi ilə ziddiyyət təşkil edir. ABŞ uzun müddətdir Tehranın uran zənginləşdirmə fəaliyyətlərini məhdudlaşdırmağa çalışır. İran isə bunu beynəlxalq hüquq çərçivəsində suveren haqq kimi təqdim edir. Bu fikir ayrılığı tərəflər arasında əsas mübahisə nöqtələrindən biri olaraq qalır. Bundan əlavə, İranın ABŞ-dən müharibə zərərlərinə görə təzminat tələb etməsi diplomatik baxımdan çox çətin qəbul edilə biləcək şərtdir. ABŞ tarixən bu tip tələblərə razılaşmaqdan çəkinib və bunu presedent yaratmaq riski kimi görür. Məsələn, İraq 2003-cü ildə ABŞ ordusunun ölkəyə daxil olmasından sonra çox sayda iraqlı həyatını itirdiyi üçün Vaşinqtondan dəfələrlə təzminat tələb etsə də, bu gerəkləşməyib. Hansı ki, İraq parlamenti isə 2011-ci ildə 1990-1991-ci illərdəki Körfəz müharibəsindən zərər görən amerikalılar üçün 400 milyon dollar təzminat ödəmək qərarı vermişdi. Düzdür, 1988-ci ildə ABŞ-nin prezidenti olan Ronald Reyqan İkinci dünya müharibəsi zamanı əsassız olaraq düşərgələrdə saxlanılan yapon əsilli ölkə sakinlərinə görə rəsmi üzr istəmiş və kompensasiya ödənilməsini nəzərdə tutan Mülki Azadlıqlar Aktını imzalayıb. Ancaq məsələ ondadır ki, bu aktdan da təzminat qərarlarının əsasən ölkələrə deyil, şəxslərə şamil edildiyi bəlli olur.
Bu kontekstdə ABŞ-nin Tehranın şərtlərini qəbul edəcəyi şübhə doğurur. Çünki mövcud siyasi reallıqlar göstərir ki, Vaşinqton bu yanaşmada deyil. İranın irəli sürdüyü tələblər faktiki olaraq ABŞ-nin regiondakı hərbi mövcudluğunu məhdudlaşdırır, iqtisadi təzyiq alətlərini aradan qaldırır və Tehranın strateji mövqelərini gücləndirir. Bu isə Birləşmiş Ştatların siyasətinə ziddir. Beləliklə, əgər tərəflər arasında kompromis əldə olunmazsa, münaqişənin yenidən alovlanması ehtimalı artır. Lakin faktlar da göstərir ki, diplomatik kanallar bağlanmayıb və tarixə nəzərə salanda da tərəflərin ən sərt mövqelərdə belə müəyyən yumşalmalara gedə bilirlər. Lakin hazırkı şərtlər daxilində sürətli razılaşma ehtimalı zəif görünür və yaxın dövrdə gərginliyin yüksək səviyyədə qalacağı daha böyük reallıqdır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər