Digər

Rusiyadan bu ölkələrə xəbərdarlıq: Bunu etsəniz...

06 Apr 2026, 23:17 2 baxış
Rusiyadan bu ölkələrə xəbərdarlıq: Bunu etsəniz...

Rusiya Baltikyanı ölkələrin Ukrayna Silahlı Qüvvələrinin PUA-ları üçün hava məkanını açmaq qərarı ilə bağlı xəbərdarlığı görməzdən gələcəkləri təqdirdə, onlara cavab verəcək.


Axar.az xəbər verir ki, bu bəyanatı Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova KİV-də Baltikyanı ölkələrin Ukrayna pilotsuz aparatlarının Rusiyaya qarşı hücumlar həyata keçirməsi üçün öz hava məkanını açdığı barədə yayılan məlumatları şərh edərkən səsləndirib.


Onun sözlərinə görə, bu dövlətlərə artıq müvafiq xəbərdarlıq göndərilib:


“Əgər həmin ölkələrin hakimiyyətləri ağıllı yanaşma nümayiş etdirsələr, bu xəbərdarlığa qulaq asacaqlar. Əks halda isə onlar cavab tədbirləri ilə üzləşməli olacaqlar”.

Mənbə axar.az

Oxşar Xəbərlər