Digər

Daha bir “Krokus” məhbusu intihara cəhd etdi

06 Apr 2026, 22:08 2 baxış
Daha bir “Krokus” məhbusu intihara cəhd etdi

“Krokus Siti Holl”dakı terror aktında təqsirləndirilən daha bir nəfər - Cəbrayıl Auşev intihara cəhd edib, lakin istintaq təcridxanasının əməkdaşları tərəfindən dərhal aşkar edilərək xilas edilib.


Axar.az xəbər verir ki, bu barədə RBC-yə vəkil Daniel Qotye məlumat verib.


Vəkil bildirib ki, bu, Auşevin ilk intihar cəhdi deyil. Belə ki, Auşev ilk intihara 12 mart 2026-cı ildə, hökmünün elan edildiyi gün cəhd edib.


Qeyd edək ki, “Krokus”a görə həsb olunan və ömürlük cəza verilən 37 yaşlı Yakubcan Yusufzadə intihar edib.

Mənbə axar.az

Oxşar Xəbərlər