Siyasət

Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir"

06 Apr 2026, 19:32 1 baxış
Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir"
"Azərbaycan Prezidenti İlham Əliyevi dövlət səfəri ilə Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir". Oxu.Az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "X" sosial şəbəkə hesabında yazıb. "Zati-aliləri Prezident İlham Əliyevi, həmçinin Birinci xanımı və hörmətli nazirləri Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə və regional əməkdaşlığımızın dərinləşdirilməsinə ümid edirik", - deyə o, paylaşımında bildirib.
Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir"
Mənbə oxu.az

Oxşar Xəbərlər