Cəmiyyət

FHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTO

06 Apr 2026, 14:22 2 baxış
FHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTO
Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında suyun çəkilməsi işləri davam etdirilir. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, intensiv yağışlar nəticəsində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri FHN qüvvələri tərəfindən davam etdirilir: "Bakının bir sıra rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xızı rayonu ərazisində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir. Xızı rayonunda bəzi ərazilərdən vətəndaşlar təxliyə olunurlar. Bu tədbirlər gecə saatlarında davam etdirilib və digər təhlükəsizlik tədbirləri görülür". Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan dörd dəfə artıq olub.
{{gallery}}
FHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər