Cəmiyyət
Xırdalandakı binada 11 günlük "qaranlığın" səbəbi AÇIQLANDI - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Çinar" MTK yaşayış kompleksində artıq 11 gündür ki, işıq və su təchizatı kəsilib. Bu barədə Oxu.Az-a sakinlər tərəfindən şikayət daxil olub. Sakinlər bildiriblər ki, mənzillərdə yaşamaq, demək olar ki, mümkünsüz hala gəlib.
"Çinar" MTK-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işıq problemi yeni həll olunub, suyun verilişini isə bərpa etmək üçün işlər aparılır: "Binanın zirzəmisini su basdığı üçün bu vəziyyət yaranıb. Zirzəmidə 2 metr 20 santimetr su yığılmışdı. Nasoslarla suyu çıxardıq, amma tam bitməyib, hələ də binanın zirzəmisində su qalıb".

Mənbə
oxu.az