Cəmiyyət
Bakı-Quba avtomobil yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT - FOTO - VİDEO
Bakı-Quba avtomobil yolunda, Ataçay çayı üzərində yerləşən körpüdə təhlükəli vəziyyət yaranıb. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, körpünün üstündə olan dəmir çıxıntılar sürücülər üçün real təhlükə yaradır. Hərəkət sürətinin saatda 90 km olduğu yolda bu cür dəmir çıxıntıların üzərindən yüksək sürətlə keçən avtomobillərdə təkərin partlama ehtimalı artır ki, bu da qəza riskini yüksəldir. Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.
"Temperatur şovunda (termoşov) intensiv yağıntılardan sonra problem yaranıb. Baxış keçirilib əraziyə. Nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı ciddi problem yoxdur. Qısa müddət ərzində örtüyün bərpası üçün addımlar atılacaq", - deyə A.Nəcəfli bildirib.

Mənbə
oxu.az