Dünya
ABŞ İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, prosesdə yüzlərlə hərbi və kəşfiyyat işçisi, o cümlədən "Delta Force" və "Navy Seals" üzvləri iştirak edib. Xatırladaq ki, ikinəfərlik "F-15E" qırıcısı aprelin 3-də İranın hava məkanında vurulub. "Axios" portalının məlumatına əsasən, katapult etdikdən sonra hər iki heyət üzvü - pilot və şturman-operatorla uğurla əlaqəyə girə bilib. Portalın mənbələri bildirib ki, təyyarənin qəzaya uğramasından bir neçə saat sonra pilot xilas edilib. Axtarış-xilasetmə tədbirləri zamanı İran tərəfi əməliyyatda iştirak edən ABŞ-yə məxsus "Black Hawk" helikopterlərindən birini də vurub - heyət üzvləri yaralansalar da, vertolyot ərazidən uzaqlaşa bilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər