Cəmiyyət

Xətaidə yola aşan ağac ərazidən götürüldü

06 Apr 2026, 10:29 2 baxış
Xətaidə yola aşan ağac ərazidən götürüldü

10:17


Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Neapol küçəsində qeydə alınıb.


Bildirilib ki, küçədə ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.


Yaranmış vəziyyətlə əlaqədar olaraq həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.


Hazırda avtobuslar alternativ olaraq əsas yol ilə hərəkət edirlər.


***


Xətai rayonu, Neapol küçəsi 11 ünvanında yola aşaraq nəqliyyat vasitələrinin hərəkətinə problem yaradan ağac ərazidən götürülüb.


Bu məlumat Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.


Qurumdan bildirilib ki, hazırda yol açıqdır və işlək vəziyyətdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər