Dünya
Vuçiç: "Macarıstanla Serbiya arasındakı infrastrukturu partlatmaq üçün detonatorlar aşkarlanıb"
Serbiyanın xüsusi axtarış bölmələri Macarıstanla Serbiya arasında qaz infrastrukturunu partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı maddələr və detonatorlar aşkar edib. Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. O, hadisə ilə bağlı istintaqın başladıldığını qeyd edib. Aleksandar Vuçiçin sözlərinə görə, partlayıcı maddələr Rusiya qazının nəql edildiyi boru kəmərinin yaxınlığında aşkarlanıb. Serbiya prezidenti hadisə barədə Macarıstanın Baş naziri Viktor Orbana məlumat verib.
Mənbə
oxu.az