Dünya
Myanmanın yeni prezidenti bəlli oldu
Myanma parlamenti Min Aun Hlaynı respublikanın prezidenti seçib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu səsvermənin nəticələrinə dair məlumatlar təsdiqləyir. Onun namizədliyi parlamentarilərin əksəriyyəti tərəfindən dəstəklənib. Min Aun Hlayn daha əvvəl Myanma Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən istefa verib. O, 2011-ci ildən bəri bu vəzifəni tuturdu. Həmin postda onu Ye Vin U əvəz edib.
Mənbə
oxu.az