Dünya

İran Küveytin neft mərkəzini vurdu: Əl-Əhmədi limanı yanğın içində

03 Apr 2026, 10:36 2 baxış
İran Küveytin neft mərkəzini vurdu: Əl-Əhmədi limanı yanğın içində
İrana məxsus pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra Küveytin Əl-Əhmədi limanının yaxınlığında yerləşən neftayırma müəssisəsində bir neçə yanğın ocağı yaranıb. Oxu.Az-ın verdiyi məlumata əsasən, bu hadisə ilə bağlı rəsmi açıqlamanı dövlətə məxsus Küveyt Neft Korporasiyası (KPC) yayımlayıb. "Bu gün səhər saatlarında Əl-Əhmədi limanı yaxınlığındakı neftayırma zavodu PUA hücumuna məruz qalıb. Hücum nəticəsində bir neçə yerdə yanğın qeydə alınıb və hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almağa səy göstərirlər", - deyə təşkilatın KUNA informasiya agentliyi vasitəsilə yaydığı bəyanatda qeyd olunub. Həmçinin vurğulanıb ki, hadisə zamanı heç kim xəsarət almayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər