Dünya
Əfqanıstanda qadınlar üçün geyim qaydaları daha da sərtləşdirilir
Əfqanıstan hakimiyyəti Herat əyalətində qadınlar üçün müsəlman geyim qaydalarını daha da sərtləşdirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Əfqanıstanın "Salam Vətəndar" radiostansiyası məlumat verib. Heratda Fəzilətlərin Təbliği və Şər İşlərin Qarşısının Alınması Nazirliyinin rəhbərliyi xanımlar üçün yeni geyim tərzi təlimatı təqdim edib. Tələbə görə hicab geniş və nəzərəçarpmayan olmalıdır. "Əsas meyar diqqəti cəlb etməyən geniş, təmassız və gizli geyimdir. Dar geyim geyinmək şəriət hicabının prinsiplərinə ziddir. Bu proses təhsil və dinc qarşılıqlı əlaqə yolu ilə təşviq ediləcək", - deyə nazirliyin rəhbəri Əziz Ur-Rəhman Mühacir vurğulayıb.
Mənbə
oxu.az