Dünya

KİV: Avstraliya xüsusi təyinatlılarını Yaxın Şərqə göndərib

03 Apr 2026, 08:52 2 baxış
KİV: Avstraliya xüsusi təyinatlılarını Yaxın Şərqə göndərib
Avstraliya İranla bağlı münaqişənin gərginləşməsi qorxusu ilə Yaxın Şərqə gizli olaraq SAS xüsusi təyinatlı qüvvələri bölməsi yerləşdirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Daily Telegraph" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bölmənin Birləşmiş Ərəb Əmirliklərindəki "Əl-Minhad" hava bazasında yerləşdiyi ehtimal olunur. Lakin yerləşdirilmənin dəqiq yeri və təfərrüatı açıqlanmayıb. Nəşr qeyd edir ki, bölmə döyüş əməliyyatlarının icrası üçün nəzərdə tutulmayıb. Onun əsas missiyası təhlükəsizliyi təmin etmək və diplomatik missiya heyəti də daxil olmaqla təxliyə əməliyyatları aparmaqdır. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər