Dünya

Milyonların axtardığı artefakt tapıldı: 2500 illik qızıl dəbilqə geri qayıdır

03 Apr 2026, 02:24 2 baxış
Milyonların axtardığı artefakt tapıldı: 2500 illik qızıl dəbilqə geri qayıdır
Rumıniyadan gətirilmiş və bir il əvvəl yoxa çıxan 2 500 illik məşhur "Kotofeneşti" qızıl dəbilqəsi tapılıb. Bu nadir artefaktın axtarışı bütün dünyada aparılırdı. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qızıl dəbilqə və digər zərgərlik nümunələri 2025-ci ilin yanvar ayında Niderlandın şimalında yerləşən Drente muzeyindən oğurlanmışdı. Bir neçə oğru muzeyə daxil olmaq üçün fişəng və digər partlayıcı maddələrdən istifadə edərək vitrinləri sındırmışdılar. Cinayətkarlar məkandan qızıl dəbilqə və üç qızıl bilərziklə birlikdə uzaqlaşmağı bacarmışdılar. Bu oğurluq faktı Niderland mediasının əsas mövzusuna çevrilmiş, əşyaların milli sərvət hesab edildiyi Rumıniyada isə ciddi qəzəb doğurmuşdu. Hadisədən sonra Niderland hökuməti tarixi artefaktların geri alınması və axtarış işləri üçün 5.7 milyon avro vəsait ayırmışdı. Ekspertlər dəbilqənin tapılmasını son illərin ən mühüm arxeoloji xəbəri kimi qiymətləndirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər