Dünya
KİV: Avropada aviasiya yanacağının qiyməti rekord həddə çatıb: İri hava limanları uçuşları ləğv etməyə başlayıb
Avropada aviasiya yanacağının qiyməti rekord səviyyəyə - bir ton üçün 1 900 dollara çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, ən çətinə vəziyyətə Böyük Britaniya, o cümlədən Londondakı Hitrou hava limanı düşüb. Burada aviasiya yanacağının bahalaşması səbəbindən reyslərin ləğvinə başlanılıb. Bundan başqa, yaxın günlərdə Fransadakı hava limanlarının da eyni addımı atacağı gözlənilir. Nəşr bildirir ki, digər Avropa ölkələrində isə bir neçə aylıq yanacaq ehtiyatı mövcuddur.
Mənbə
oxu.az