Dünya

ABŞ ordusunun İrana qarşı hərbi əməliyyatlarının YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

02 Apr 2026, 17:36 2 baxış
ABŞ ordusunun İrana qarşı hərbi əməliyyatlarının YENİ GÖRÜNTÜLƏRİ - VİDEO
ABŞ ordusu İrana qarşı apardığı hərbi əməliyyatlara dair yeni görüntülər yayıb. Oxu.Az xəbər verir ki, çəkilişlər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbəkə hesabında paylaşılıb.
CENTCOM rəhbəri Bredli Kuper İrana endirilən zərbələr zamanı düşmənin bir sıra hərbi obyektlərini və infrastrukturlarını əhəmiyyətli dərəcədə məhv etdiklərini bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər