İdman

"Qalatasaray" Uğurcan Çakırın transfer qiymətini açıqladı

02 Apr 2026, 16:48 1 baxış
"Qalatasaray" Uğurcan Çakırın transfer qiymətini açıqladı
"Qalatasaray"ın qolkiperi Uğurcan Çakır son zamanlar sərgilədiyi əla oyunla hazırkı transfer bazarının ən çox müzakirə olunan simalarından birinə çevrilib. Oxu.Az xəbər verir ki, 29 yaşlı qolkiperin xidmətlərində təkcə Türkiyə deyil, eyni zamanda, müxtəlif Avropa klubları da yaxından maraqlanmağa başlayıb. Artan maraq fonunda "Qalatasaray" rəhbərliyi öz futbolçusunun dəyərini müəyyənləşdirib və onun mümkün keçidi üçün qarşı tərəfdən minimum 40 milyon avro təzminat tələb edir. Xatırladaq ki, İstanbul təmsilçisi qapıçını ötən yay "Trabzonspor"dan 30.5 milyon avro müqabilində heyətinə qatmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər