Dünya

Moldova parlamenti MDB-nin əsas müqavilələrindən çıxmağı təsdiqlədi

02 Apr 2026, 14:26 2 baxış
Moldova parlamenti MDB-nin əsas müqavilələrindən çıxmağı təsdiqlədi
Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrindən - birliyin yaradılması, nizamnamə və Alma-Ata bəyannaməsindən çıxmaqla bağlı qanun layihələrini yekun oxunuşda təsdiqləyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərar qanunverici orqanın iclasında deputatların üçdəikisinin səs çoxluğu ilə qəbul edilib. Qeyd olunub ki, sözügedən qərarlar ölkə prezidenti tərəfindən təsdiqləndikdən və qüvvəyə mindikdən sonra Moldova hökuməti MDB-dən çıxması barədə 12 ay əvvəl qurumun İcraiyyə Komitəsinə məlumat verməlidir. Eyni zamanda, Moldova iqtisadi münasibətlərlə bağlı bir sıra sənədlərdə, xüsusən də azad ticarət zonası müqaviləsində iştirakını davam etdirməyi planlaşdırır. MDB-nin baş katibi Sergey Lebedev Moldova deputatlarının sorğusuna cavab olaraq sözügedən ölkə üçün 208 MDB müqaviləsinin qüvvədə qaldığını, bunlardan 104-nün iqtisadi əməkdaşlıq sahəsinə aid olduğunu bildirib. Onun sözlərinə görə, nizamnamənin ləğvi Moldova tərəfinin bir sıra müqavilələrin müddəalarını tam şəkildə tətbiq etməsinə imkan verməyəcək. Moldovanın MDB-yə münasibəti 2020-ci ildə prezident seçkisində Avropa İttifaqına inteqrasiya kursunu tutan və birliyin sammitlərində iştirakdan imtina edən Maya Sandunun qələbəsindən sonra dəyişməyə başlayıb. 2023-cü ilin fevralında hökumət MDB çərçivəsində bağlanan 120-dən çox sazişin ləğvi planlarını açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, Moldova artıq 70 müqavilədən çıxmaq üçün daxili prosedurları başa çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər