Dünya
İrandan sərt açıqlama: "Quru əməliyyat başlasa heç kim sağ qalmayacaq" -VİDEO
"Düşmən İslam Respublikası ərazisində quru əməliyyata başlasa, İran heç kimi sağ qoymayacaq". Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran Ordusunun baş komandanı general-leytenant Əmir Hatəminin sözlərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Mənbə
oxu.az