Dünya

Ufada neft emalı zavoduna dron hücumu olub - VİDEO

02 Apr 2026, 09:48 2 baxış
Ufada neft emalı zavoduna dron hücumu olub - VİDEO
Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən "Başneft-Novoil" neft emalı zavoduna dron hücumu edilib. Oxu. Az xəbər verir ki, bu barədə Unn.ua saytı məlumat verib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Başqırdıstan rəhbəri Radi Xabirov özünün "Telegram" kanalında da baş verən hadisəni təsdiqləyib. Onun sözlərinə görə, neft emalı zavoduna yaxınlaşan bir neçə pilotsuz uçuş aparatı məhv edilib. PUA-lardan birinin qalıqları sənaye zonasına düşüb və nəticədə yanğın baş verib. "Ufaya dron hücumu olub. Neft emalı zavoduna yaxınlaşarkən bir neçə dron vurulub, birinin qalıqları sənaye zonasına düşüb. Xəsarət alan olmayıb. Yanğınsöndürənlər hazırda neft emalı zavodundakı yanğını söndürürlər", - deyə o bildirib. Radi Xabirov bundan başqa Ufada yaşayış binasına da dron hücumu olduğunu da bildirib. Onun sözlərinə görə hadisə nəticəsində bir neçə mənzilə də ziyan dəyib. "Daha bir dron Qafuri küçəsindəki yaşayış binasına dəydi. Bütün təcili yardım xidmətləri hadisə yerindədir və yanğın söndürülüb. Ölən və ya yaralanan yoxdur", - deyə o yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər