Dünya

"SpaceX" tarix yazmağa hazırlaşır - Milyardlıq əməliyyat

02 Apr 2026, 05:44 2 baxış
"SpaceX" tarix yazmağa hazırlaşır - Milyardlıq əməliyyat
Milyarder İlon Maskın "SpaceX" şirkəti ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) gizli qaydada ilkin ictimai təklifi (IPO) nəzərdə tutan sənədləri təqdim edib. Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir. Məlumata görə, şirkət ümumi kapitallaşması 1.75 trilyon dollar qiymətləndirilməklə 75 milyard dollar cəlb etməyi planlaşdırır. Beləliklə, səhmlərin yerləşdirilməsi 2019-cu ildə neft şirkəti "Saudi Aramco"nun IPO-su zamanı cəlb edilmiş 29 milyard dollarlıq mövcud rekorddan xeyli böyük olmaqla, tarixin ən iri əməliyyatı ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər