Dünya

Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə uşaq doğulub

02 Apr 2026, 03:44 2 baxış
Cənubi Koreyanın bir şəhərində 17 ildən sonra ilk dəfə uşaq doğulub
Cənubi Koreyanın kiçik bir şəhərində 17 ildən sonra ilk dəfə uşaq doğulub. Oxu.Az bu barədə "Good News Network" saytına istinadən xəbər verir. Söhbət Honson qəzasının Eunha-myeon rayonundan gedir. Martın 19-da yerli sakinlə Kambocadan gəlmiş immiqrant qadının ailəsində oğlan uşağı dünyaya gəlib. Yerli hakimiyyət bu hadisəni son illərdə əhalinin sayının kəskin azalması - 2 600 nəfərdən 2 000 nəfərə qədər düşməsi ilə üzləşmiş şəhər üçün "xüsusi hədiyyə" adlandırıb. Eyni zamanda sakinlər daha bir müsbət məqamı qeyd ediblər. Belə ki, yaşayış məntəqəsinin yeganə məktəbinə dörd yeni şagird qəbul olunub və bununla da ümumi şagird sayı 17-yə çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər