İdman

"Liverpul"un yeni transfer hədəfi: Luis Suares Premyer Liqaya yollanır?

31 Mar 2026, 17:56 1 baxış
"Liverpul"un yeni transfer hədəfi: Luis Suares Premyer Liqaya yollanır?
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Luis Suares karyerasını İngiltərənin "Liverpul" komandasında davam etdirməyə yaxındır. Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı kolumbiyalı hücumçunu öz rənglərinə bağlamaq üçün ciddi səy göstərir. Cari mövsümün sonunda Lissabon təmsilçisi ilə yollarını ayıracağı ehtimal edilən istedadlı forvard uğrunda İngiltərənin digər iddialı klubu "Nyukasl Yunayted" də mübarizə aparır. Xatırladaq ki, Luis Suares 2025-ci ildən etibarən "Sportinq"in formasını geyinir. Kolumbiyalı oyunçu bu mövsüm çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 42 matçda meydana çıxaraq, 33 qol və 7 məhsuldar ötürmə ilə möhtəşəm performans nümayiş etdirib. Təcrübəli hücumçunun Lissabon klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
"Liverpul"un yeni transfer hədəfi: Luis Suares Premyer Liqaya yollanır?
Mənbə oxu.az

Oxşar Xəbərlər