İdman
DÇ-2026-ya son biletlər sahibini tapır: Türkiyə Kosovo ilə həlledici duelə çıxır
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsi bu gün sona çatır. Oxu.Az xəbər verir ki, mundiala gedən A, B, C və D yollarında ümumilikdə dörd qarşılaşma baş tutacaq. Türkiyə yığması Kosovo seçməsi ilə həlledici duelə çıxacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Qeyd edək ki, final mərhələlərinin taleyinə cəmi bir oyunda aydınlıq gələcək. DÇ-2026 Pley-off Final A yolu 22:45. Bosniya və Herseqovina - İtaliya. B yolu 22:45. İsveç - Polşa. C yolu 22:45. Kosovo - Türkiyə. D yolu 22:45. Çexiya - Danimarka. Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək davam edəcək möhtəşəm DÇ-2026-da ümumilikdə 48 komanda qızıl kubok uğrunda mübarizə aparacaq.
Mənbə
oxu.az