İdman
Bosniya və Herseqovina millisinin məşqini videoya çəkən italyan hərbçi saxlanılıb
EUFOR-un (Avropa İttifaqının Sürətli Reaksiya Qüvvələri) italyan əsgəri Bosniya və Herseqovina millisinin məşqini videoya çəkərkən saxlanılıb. Oxu.Az bu barədə Sportsport.ba portalına istinadən xəbər verir. Məlumata görə, hərbçi Balkan təmsilçisinin məşqi zamanı hasara yaxınlaşaraq baş verənləri telefona çəkməyə başlayıb. O, tez bir zamanda görülüb və saxlanılıb. Daha sonra Bosniya və Herseqovina Futbol Assosiasiyası EUFOR missiyasına şikayət təqdim edib. Qeyd edək ki, martın 31-də Bosniya və Herseqovina - İtaliya yığmaları arasında DÇ-2026-nın seçmə mərhələsinin pley-off raundunun final oyunu keçiriləcək.
Mənbə
oxu.az