İdman
AVRO-2028-də biletlər builki mundialdakı parklanmadan ucuz olacaq
Böyük Britaniya və İrlandiyada keçiriləcək AVRO-2028 oyunlarına bəzi biletlərin qiyməti 30 funt sterlinqdən aşağı olacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Times Sport" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb. Mənbənin bildirdiyinə görə, bu qərar UEFA-nın azarkeşlər üçün daha əlçatan qiymətlər müəyyən etmək öhdəliyi ilə bağlıdır. Nəşrdə qeyd olunur ki, AVRO-2028-ə iki biletin qiyməti ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 zamanı bir avtomobil üçün parklanma yerindən daha ucuz başa gələcək. Daha əvvəl FIFA azarkeşlər üçün DÇ-2026 oyun günlərində stadion yaxınlığında parklanma yerlərini əvvəlcədən sifariş etmək imkanı yaradan saytı istifadəyə verib. Parklanma qiymətləri 75-175 dollar arasında dəyişir.
Mənbə
oxu.az