İdman

Milli komandanın baş məşqçisi qarşıdakı hədəflərdən danışdı

30 Mar 2026, 22:36 1 baxış
Milli komandanın baş məşqçisi qarşıdakı hədəflərdən danışdı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov "FIFA Series - 2026" beynəlxalq turnirinin qalibi olduqları Syerra-Leone ilə matçdan sonra mətbuat konfransında iştirak edib. Oxu.Az xəbər verir ki, mütəxəssis komandasının penaltilər seriyasındakı qələbəsini (əsas vaxt 1:1) şərh edərək, bu uğurun əhəmiyyətini vurğulayıb. O, futbolçuların əzmkarlığından və qarşıdakı hədəflərdən danışıb. Ayxan Abbasov oyun barədə bu fikirləri səsləndirib: "Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular. Rəqib futbolçular bizdən bir az gümrah idilər. İlk hissədə səhvlərimiz oldu. İkinci yarıda oyunçuların istəyi artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Bu qarşılaşma bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyq. UEFA Millətlər Liqası üçün hazır olmaq istəyirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər