İdman

De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq

30 Mar 2026, 21:24 1 baxış
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
"İtaliyalı Roberto De Zerbi "Tottenhem Hotspur"un yeni baş məşqçisi olacaq". Oxu.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkəsində bildirib. Mənbənin məlumatına görə, mütəxəssisin London klubu ilə müqaviləsi beş il üçün nəzərdə tutulub. Hazırda De Zerbi və "Tottenhem" məşqçilər heyətinin formalaşdırılması üzərində işləyirlər. Xatırladaq ki, martın 29-da "Tottenhem" baş məşqçi İqor Tudoru istefaya göndərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər