İdman

"Barselona" yeni transferi üçün "Əl-Hilal"la danışıqlara başladı - FOTO

30 Mar 2026, 15:04 1 baxış
"Barselona" yeni transferi üçün "Əl-Hilal"la danışıqlara başladı - FOTO
"Barselona" portuqaliyalı müdafiəçi Juan Kanselunun tamhüquqlu transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə rəsmi danışıqlara start verib. Oxu.Az xəbər verir ki, 31 yaşlı futbolçu özü də karyerasını məhz Kataloniya klubunda davam etdirməkdə israrlıdır. Qeyd edək ki, hazırda Kanselu "Barsa"nın heyətində "Əl-Hilal"dan icarə əsasında forma geyinir və onun mövcud müqaviləsi bu mövsümün sonunadək qüvvədədir. Cari mövsüm ərzində Juan Kanselu klub səviyyəsində meydana çıxdığı 18 qarşılaşmada rəqib qapılarından 2 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.
"Barselona" yeni transferi üçün "Əl-Hilal"la danışıqlara başladı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər