İdman

FİFA referimiz üçün tarixi an: İlk dəfə beynəlxalq matçın baş hakimi olacaq

30 Mar 2026, 16:00 1 baxış
FİFA referimiz üçün tarixi an: İlk dəfə beynəlxalq matçın baş hakimi olacaq
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb. Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland - Belarus matçını idarə edəcək. T.Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək. B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək. Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo - Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər