İdman

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

30 Mar 2026, 15:20 1 baxış
Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.


Axar.az xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.


T.Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandr Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.


B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.


Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosova – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər