Dünya

"Xatəm əl-Ənbiya" nümayəndəsi: "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"

25 Mar 2026, 20:54 2 baxış
"Xatəm əl-Ənbiya" nümayəndəsi: "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"
"İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib". Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari deyib. "Regionda bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və əsgərlər qaçaraq bazalardan kənardakı sığınacaqlarda gizləniblər və biz onları axtarırıq", - deyə o bildirib. İ.Zülfəqari, həmçinin Yaxın Şərq bölgəsinin bütün sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə, habelə "öz təhlükəsizlikləri üçün onların qovulmasını tələb etməyə" çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər