Dünya
Tramp: "İran nüvə silahından imtina edir"
İranla danışıqlarda ABŞ tərəfdən dövlət katibi Marko Rubio və vitse-prezident Cey. Di. Vens iştirak edir. Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, danışıqlar İranda "doğru insanlarla" aparılır. Lakin D.Tramp kimlərdən söhbət getdiyini dəqiqləşdirməyib. Ağ Evin rəhbəri qeyd edib ki, İran onun irəli sürdüyü - heç vaxt nüvə silahına sahib olmamaq tələbi ilə razılaşıb. Bundan başqa, ABŞ prezidenti İslam Respublikasının Birləşmiş Ştatlara "böyük və heyranedici hədiyyə" etdiyini bildirib: "Bu hədiyyə bu gün gəldi. Neft və qazla bağlı idi və onlar tərəfdən çox yaxşı jest idi. Bu, mənə göstərdi ki, biz doğru insanlarla iş görürük".
Mənbə
oxu.az